Menu
Geri İrəli

Klinton prezidentliyə doğru: Sorosdan dəstək

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2016 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

1454308304Amerikalı məşhur milyarder Corc Soros sabiq dövlət katibi Hilari Klintonun prezident seçkiləri ilə bağlı kampaniyasına 6 milyon dollar ayırıb.

Axar.az xəbər verir ki, milyarder sözügedən yardımı ötən ilin dekabrında ayırıb.

Məlumata görə, Klinton 2015-ci ilin 3-cü rübündə seçki kampaniyasına 25,8 milyon dollar xərcləyib. Sabiq dövlət katibinin hələ xərclənməmiş 33 milyon dollarının olduğu bildirilir.

Bir neçə gün öncə ABŞ-ın məşhur qəzeti “Nyu York Tayms” da Klintonu dəstəklədiklərini elan edib.

Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləri start götürüb. İyulun 18-də Respublikaçılar, 25-də isə Demokratlar Partiyasının prezidentliyə yekun namizədi bəlli olacaq. Prezidenti bəlli edəcək seçki isə noyabrın 8-də baş tutacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın