Menu
Geri İrəli

Kral azərbaycanlı biznesmenin otelini bağlatdırdı – Gecəsi 15 minə

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2015 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

kral

Türkiyənin Antalya şəhərində 15-16 noyabrda baş tutacaq G-20 Zirvəsində azərbaycanlı iş adamına məxsus otel tək bir lider üçün bağlanacaq.

Dəbdəbəli memarlığı və saray tipli otaqları ilə ərəb qonaqlarının sevimli məkanı olan Telman İsmayılova məxsus “Mardan Palace” oteli həmin günlərdə sadəcə Səudiyyə kralının xidmətində olacaq.

Məlumata görə, Zirvədən 2 ay öncə gələn və bütün otelləri gəzən kral Salman AST Telmanın otelini bəyənib.

Üç günlük oteli bağlayan kralın bir gecə üçün 15 min dollar ödəyəcəyi açıqlanıb. Kralla birgə gələcək heyət üçün isə gecəsi minimum 800 avrodan başlayan otaqlar hazırlanıb. Otel rəsmisinin sözlərinə görə, Kral Salmanın oteldə addım atacağı hər yerə qırmızı xalı döşənəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın