Menu
Geri İrəli

Amerikada atışma: 20-dən çox ölü, 100-dən çox yaralı – GÖRÜNTÜLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2017 • Baxış sayı: 72 dəfə • Şərh yoxdur
Share Button

4e0dd804ad2200adef2cb53af62e61cc

 

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

APA-nın “Röyters” agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

Ölənlər arasında polis əməkdaşları da var.

 

***

Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, “Mandalay Bay Casino” ətrafında baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub. Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma başladılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın