Menu
Geri İrəli

Londonda 27 mərtəbəli bina külə döndü: xeyli ölü var – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2017 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

7bafe01f74dcf2f400141311f2ca281aLondonda çoxmərtəbəli binada yerli vaxtla saat 01:15-də (Bakı vaxtilə 04.15) başlayan yanğın davam edir.

APA-nın xəbərinə görə, yanğınsöndürənlər külə dönən binada xeyli insanın öldüyünü bildiriblər. Şəhərin Təcili Tibbi yardım Xidməti indiyədək 50 nəfərin xəstəxanalara çatdırıldığını açıqlasa da, ölənlərin sayı ilə bağlı heç bir məlumat verilməyib.

***

10:39

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.

APA-nın xəbərinə görə, yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır. 150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir. Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

***

10:01

Londonda 27 mərtəbəli binada yanğın baş verib.

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.

Yerli vaxtla saat 01:15-də başlayan yanğının səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.

Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın