Menu
Geri İrəli

Mafiya başçısı krallar kimi dəfn olundu

Müəllif: Sumqayitxeber.com • Tarix: 21 Avqust 2015 • Baxış sayı: 481 dəfə • Şərh yoxdur

38918İtaliyanın paytaxtı Roma şəhərində vəfat etmiş 65 yaşlı qüdrətli mafiya klanının başçısı Vittorio Kazamonikanı böyük təmtəraqla dəfn ediblər.

Avropa.info xəbər verir ki, qaraçı mafiya başçısına kralla layiq dəfn mərasimi təşkil olunub. Mafiozun tabutunu altı at qoşulmuş, qədim karetada, “aparıblar. Karetanın ardınca “Xaç atası” mahnısının sədaları altında limuzin kolonu yaxınlaşıb. Pəncərələrdən isə qırmızı qızılgüllər atılıb.

Daha sonra Kazamonikanın tabutunu kilsədən qəbiristanlığa qara “Rolce-Royce”da aparıblar. Dəfn sonu vertolyotdan qızılgül ləçəklərinin atılması ilə başa çatıb.

Mafioz Kazamonika antik əşyalara qarşı zəifliyi ilə tanınıb. O, hətta evini keçik arxeoloji muzeyə çevirib.

Vittorio Kazamoniki Romanı nəzarətində saxlayan dördü mafiya qruplaşmasından biridir. Bu klan 70-ci illərdən bəri şəhərin cənub-şərq rayonlarında fəaliyyət göstərir. Sonralara onun təsir dairəsinə Latsio şəhəri və Romanın dənizkənarı əraziləri daxil edilib. Mafiya reyket, narkotik satışı, “çirkli pullar”ın yuyulması ilə sərvət toplayıb. Onların sərvəti yüz milyonlarla avro dəyərində ölçülür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın