Menu
Geri İrəli

“Mən diktator deyiləm” – Ərdoğan

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2016 • Baxış sayı: 139 dəfə • Şərh yoxdur

hakan1(1)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki hərbi çevrilişə cəhddən sonra ilk dəfə Böyük Millət Məclisində deputatlar qarşısında çıxış edib.

Ərdoğan bir sıra ölkələr tərəfindən irəli sürülən iddialara münasibət bildirib. Ölkə başçısı qeyd edib ki, Türkiyədə baş verən hadisələr olduğu kimi işıqlandırılacaq:

“Biz Xarici İşlər Nazirliyi vasitəsilə baş verən hərbi çevrilişə cəhdlə bağlı videogörüntüləri bütün dünyaya yayacağıq. Ümid edirəm ki, bu videoları görəndən sonra xalqın iradəsi ilə seçilən hakimiyyəti diktatura, prezidenti isə diktator adlandırmayacaqlar”.

Qeyd edək ki, çevrilişə cəhdlə bağlı Türkiyədə 10 mindən çox adam tutulub. 10 minlərlə adam işdən çıxarılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın