Menu
Geri İrəli

Məşhur aktyor sevgilisini döydüyü üçün serialdan qovulacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2015 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

12196245_921800251191197_8421343928584871507_n

“Kaybolan yıllar” serialının Əsməri Saruhan Hunel jurnalist sevgilisini döydüyü üçün rol aldığı serialdan qovulacaq.

Aktyorun rol aldığı “Karagül” serialının prodüseri Şükrü Avşar sevgilisi Edda Sönməzi döydüyü üçün barəsində cinayət işi açılan Hüneli serialdan uzaqlaşdırmağı düşündüyünü bildirib.

Eyni zamanda “Karagül” serialında Kenan obrazını canlandıran Hünelin serialdan qovulması üçün sosial şəbəkədə kampaniya başladılıb.

Qeyd edək ki, futbolçu Pascal Noumadan müsahibə alan Sönməz onunla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Fotoya əsəbləşən Hünel jurnalistin evinə gələrək onu döyüb. Polisə şikayət edən Sönməz 6 aylıq münasibətləri ərzində Hünel tərəfindən 5 dəfə döyüldüyünü bildirib.

Könül

Məşhur aktyor sevgilisini döydüyü üçün serialdan qovulacaq
Məşhur aktyor sevgilisini döydüyü üçün serialdan qovulacaq

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın