Menu
Geri İrəli

Məşhur müğənni Trampın 5 milyonundan imtina etdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Avqust 2016 • Baxış sayı: 184 dəfə • Şərh yoxdur

6a476efce249c37ba79df5558b4d8965ABŞ-da prezidentliyə namizəd olan Donald Tramp kanadalı müğənni Castin Biberə Respublikaçılar Partiyasının qurultayı ilə bağlı keçiriləcək konsertdə çıxış etmək üçün dəvət göndərib.

Sumqayitxeber.com “Qafqazinfo”ya istinadən məlumat verir ki , Tramp müğənniyə 45 dəqiqəlik çıxışı üçün 5 milyon dollar təklif edib, o isə karyerası dövründə əldə edə biləcəyi ən rekord konsert məbləğindən imtina edib.

C. Biberin yaxın ətrafının əksəriyyəti Respublikaçılar partiyasından ABŞ prezidentiyi uğrunda mübarizə aparan Hillari Klintonu dəstəkləyir. Hətta onun meneceri Skuter Braun bildirib ki, Biber Trampın təklifini qəbul etsə, işdən istefa verəcək.

Qeyd olunur ki, Castin Biber martın 9-dan başlayıb iyulun 19-da bitən “Purpose” turundan 70 milyon dollar qazanıb. O, bu müddət ərzində 51 konsert verib, 143 min bilet satılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın