Menu
Geri İrəli

Moldova prezidenti: Mən istefa verməyəcəm

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 206 dəfə • Şərh yoxdur

g21576765_ca6ded1b9602936a5615fbc86f6e481d“Hakimiyyətdəki vakuum yeni siyasi böhrana səbəb ola bilər”.

Moldova prezidenti Nikolay Timofti Kişinyovda etirazçıların tələblərinə baxmayaraq, istefa verməyəcəyini bildirib.

Bu barədə  RİA Novosti-yə istinadən xəbər verilir.

“Mən istefa verməyəcəyəm. Hesab edirəm ki, belə bir qərar ölkədə sabitliyi pozacaq. Hakimiyyətdəki vakuum yeni siyasi böhrana səbəb ola bilər. Mən bu vəzifəyə ölkədə 2 il yarım davam edən qeyri-sabitliyə son qoymağa gəlmişəm”, – Timofti deyib.

Prezidentin sözlərinə görə, onun istefası ölkədə yeni böhranın başlanmasına səbəb olacaq.

Qeyd edək ki, Moldovanın paytaxtında bir neçə gündür etiraz aksiyaları keçirilir.

Aksiya iştirakçıları prezident Nikolay Timoftinin istefasını tələb edirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın