Menu
Geri İrəli

“Moskva Krıma görə pul ödəsin” deyən həmkarına – Poroşenkodan cavab

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2017 • Baxış sayı: 48 dəfə • Şərh yoxdur
Share Button

“Moskva Krıma görə pul ödəsin” deyən həmkarına

Çexiya prezidenti Miloş Zemanın Avropa İttifaqı Parlament Assambleyasında Krım barədə səsləndirdiyi fikirlər Petro Poroşenkonu hiddətləndirib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Ukrayna lideri çex həmkarı Zemanın Moskvanın Kiyevə ödəniş etmə təklifi barədə çıxışına dərhal cavab verib. O bildirib ki, AŞPA tribunası torpaqların pul, neft və qaz müqabilində ticarəti üçün çağırışlara ayrılmayıb: “Mən Krım haqda “bitmiş məsələ” kimi danışanların fikirlərini qətiyyətlə rədd edirəm”

Xatırladaq ki, çex lider ötən gün Strasburqda Avropa İttifaqı Parlament Assambleyasında deputatlara müraciətində Moskvanın mübahisəni Kiyevə ödəniş etməklə nizamlaya biləcəyini, Ukraynaya maddi, yaxud neft-qaz formasında kompensasiya ödəyə biləcəyini demişdi.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın