Menu
Geri İrəli

NATO “Patriot”ları Türkiyədən çıxarır

Müəllif: Sumqayitxeber.com • Tarix: 15 Avqust 2015 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur

610x380xpatriot.jpg.pagespeed.ic.73sx-ZPfD3ABŞ və Almaniya Türkiyədəki “Patriot” zenit-raket sistemlərini geri çıxaracaqlar.

Ölkə.az Almaniyanın “Der Spigel” jurnalına istinadən xəbər verir ki, ABŞ və Almaniya 2016-cı ilin yanvar ayında Türkiyədə yerləşdirdikləri “Patriot” zenit-raket komplekslərini bu ölkədən çıxaracaqlar.

Xatırladırıq ki, bu komplekslər NATO-nun Kollektiv Təhlükəsizlik bəyannaməsi çərçivəsində iki il əvvəl Türkiyənin Suriya ilə sərhədində yerləşdirilmişdi.

ABŞ və Almaniya hərbi mütəxəssislərinin nəzarətində olan komplekslər Türkiyənin hava sahəsini qoruyurdu. İndi isə bu zenit-raket qurğularının Türkiyədən çıxarılmasına qərar verilib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında “Patriot”ların Türkiyədə yerləşdirilməsi haqqında qərarın müddəti bitir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın