Menu
Geri İrəli

Neftin qiyməti yenidən bahalaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2016 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur

neftDünya bazarlarında neftin qiyməti bahalaşır.

Bu barədə Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,41% bahalaşaraq bir barelə görə 43,71 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36% artaraq 41,75 dollar təşkil edib.

Qeyd edək ki, şənbə günü hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 42,46 və 41,60 dollara satılırdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın