Menu
Geri İrəli

Olimpiadada hamı bu qızdan danışır

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2016 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur

460405Rio Olimpiya Oyunlarında qadın üzgüçülərin yarışında mübarizə aparan amerikalı Keti Ledeki rekordlara imza atıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, 19 yaşlı üzgüçü artıq 5 qat Olimpiya çempionudur.

2012-ci ildə London Olimpiya oyunlarında 800 metr məsafəyə sərbəst üzgüçülük yarışlarında qızıl medala sahib çıxan gənc idmançı Rioda 4 medal qazanmaqla rekorda imza atıb.

O, həmçinin Rioda dünya rekordu müəyyənləşdirib. 800 metr sərbəst üsulla üzgüçülük yarışlarında rekordu 2 saniyə təzələyib.

O, Rioda, həmçinin 200 metr, 400 metr və 4×200 metr yarışlarda finişə hamıdan tez çatıb.

O, 4 qızılla yanaşı bir gümüş medal da qazanıb. 4×100 metr məsafəyə yarışlarda Ledeki 2-ci olub.

Qeyd edək ki, Ledeki 9 qat dünya çempionudur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın