Menu
Geri İrəli

Prezidentlər və siyasi rəhbərlər bu yazıçıları oxuyur- MARAQLI

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2017 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur
kitabxanaDünyanın istənilən ölkəsində dövlət başçısının, yaxud tanınmış siyasi xadimin oxuduğu kitablar ictimaiyyətə maraqlı olub. Bir çox yerlərdə, xüsusən də, Avropa ölkələri və ABŞ-da jurnalistlər bu cür sualları rəhbərlərdən soruşmaqdan çəkinməyiblər.
 
Moderator.az bu yazısında tanınmış siyasi xadimlərdən bir neçəsinin sevdiyi yazıçıları təqdim edəcək:
Türkiyə Cumhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi iki müəlliflər  Osmanlının son dönəminə aid tarixi-siyasi mənzərəni əks etdirən, o dövrün yaşam tərzini bədii çalarlarla təsvir edən iki yazıçıdır.  Bunlardan  biri Fatih Rıfkı Atay, digəri isə
Fəxrəddin Paşadır.
Sabiq baş nazir Əhməd Davudoğlu isə Orta Əsr müsəlman Şərqinin filosof-dövlət xadimlərinin  oxuyur. O,  Nizamilmülkün “Siyasətnamə”, Xınalizadə Əli Əfəndinin “Əxlaqi-Əla”, Əl Əfrabinin isə siyasətlə bağlı əsərlərinin stolüstü kitabları olduğunu və dövlət işində çalışan hər bir şəxsin onların oxumasının vacibliyini bildirib.
Valdimir Putin- Rusiya prezidentinin ən çox sevdiyi şair fars mütəfəkkiri Ömər Xəyyamdı.
Barak Obama- ABŞ-ın keçmiş prezidenti Mark Tven, Herman Menvill, Ernest Heminquey kimi müəlliflərin əsərlərini çox sevir. Bir sözlə macəra həvəskarıdı
Nursultan Nazarbəyov- Qazaxıstan prezidenti Braziliya yazıçısı Paolo Koelhonun sadiq oxucusudur.
Dmitri Medvedov- Rusiyanın baş naziri Çexov və Murakamini oxuyur.
 
Süleyman Dəmirəl- Dünyanın ən sürətli kitab oxuyan şəxslərindən biri də Türkiyənin sabiq prezidentlərindən obiri Süleyman Dəmirəl olub. Hətta, bir dəqiqədə 11 min kəlmə oxuduğu da deyilir. Türk siyasətinin məşhur siması Nazim Hikməti oxuyarmış. Həmçinin, XX əsrin ortalarındakı türk poeziyası da onun maraq dairəsində imiş.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın