Menu
Geri İrəli

Putin çox sərt danışdı: “Terrorçuları dəstəkləyənlər bizə arxadan zərbə vurdu”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2015 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

“Ankara ilə münasibətlər əvvəlki kimi olmayacaq”
Rusiyanın prezidenti Vladimir Putin bu gün Suriyada vurulan SU-24-lə bağlı kəskin fikir söyləyib.

Lent.az-ın lenta.ru-a istinadən məlumatına görə, Rusiya prezidenti İordaniya kralı ilə görüşü zamanı bu gün baş verən hadisəyə çox sərt münasibət bildirib.

Putin Rusiya hərbi təyyarəsinin vurulmasını “terrorçuları dəstəkləyənlərin onlara arxadan zərbə endirdiyi” şəklində şərh edib.

Rusiya prezidenti onu da bəyan edib ki, rəsmi Ankara ilə münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq: “Rusiya təyyarəsi Türkiyə üçün heç bir təhlükə törətməyib. Bu çox açıqdır. Vurulan təyyarə İŞİD-lə mübarizə aparırdı, terrorçuları hədəf alırdı. Təyyarə Türkiyə sərhəddindən 4 kilometr uzaqda idi. Türkiyə Rusiya və ABŞ-ın terrorçulara qarşı birgə mübarizə barədə razılığına rəğmən təyyarəmizi vurub. Təyyarənin vurulması Türkiyə-Rusiya münasibətlərinə çox ciddi təsiri və nəticələri olacaq. Rusiya Türkiyəyə sadəcə qonşu yox, eyni zamanda dost kimi yanaşıb. Belə bir hadisə kimin işinə yaradı, bilmirəm, ancaq bizim buna ehtiyacımız yox idi. Türkiyə təyyarəni vurduqdan sonra Rusiya ilə əlaqə yaratmaq əvəzinə, sanki təyyarəni Rusiya vurubmuş kimi, NATO-ya müraciət elədi. Təyyarəmizin vurulmasını kürəyimizdən bıçaqlan hesab edirik”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın