Menu
Geri İrəli

Putin təcili bəyənat verməyə hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2015 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

Rusiya tərəfi sərhədi pozmadığını bəyan edib
Türkiyə-Suriya sərhədində Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra bu ölkənin prezidenti Vladimir Putin xüsusi bəyənatla çıxış edəcək.

Lent.az Rusiya  mediasına istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu barədə açıqlama ilə çıxış edib. Bəyanatın mətni barədə hələ ki heç bir məlumat verilmir və məxfi saxlanılır.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Türkiyə tərəfindən sərhədi pozduğuna görə vurulan təyyarənin qalıqlarının Suriya sərhədində olduğunu bildirib: “Hərbi təyyarə bütün uçuşu müddətində tamamilə Suriya sərhədi daxilində qalıb. Bu uçuş müvafiq nəzarət cihazları ilə qeydə alınıb”.

Rusiya Müdafiə Nazirliyi SU-24 təyyarəsinin yerdən açılmış atəşlə vurula biləcəyini də qeyd edib. Hadisə zamanı iki pilot katapult yolu ilə təyyarədən çıxsa da onlardan birinin cəsədi tapılıb. Digər pilotun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Rusiya tərəfi bəyan edib ki, döyüş təyyarəsi yerdən 6 min metr yüksəklikdə olarkən vurulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın