Menu
Geri İrəli

Putinə əyilməyən, Moskvadan qaçan 32 yaşlı milyarder

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur
Share Button

foto4O, 2014-cü ildə Avropanın ən perspektivli iş adamı seçilib. Rusiyada yaşadığı zaman Prezident Vladimir Putinə nifrətini gizlətməyib. Bununla belə, 600 milyon dollarlıq sərvətini ölkədən çıxararaq, Avropa banklarına yerləşdirə bilib.

“Teleqram” mesajlaşma xidmətinin yaradıcısı, “Rusiyanın Zukerberqi” adlanan Pavel Durovun həyatı barədə bilinən məlumatları təqdim edir.

Pavel Valeriyeviç Durov 10 oktyabr 1984-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Durov “Feysbuk”un yaradıcısı Mark Zukerberqdən 5 ay sonra dünyaya gəlsə də, yəhudi əsilli milyarderdən daha hərəkətli bir həyat yaşayıb desək, yanılmarıq.

Hələ orta məktəb vaxtlarından kompüterə böyük maraq göstərən Durov 2006-cı ildə məşhur “V Kontakte” adlı sosial şəbəkənin əsasını qoyur. Bu işdə ona qardaşı, tanınmış riyaziyyatçı və kompüter proqramlaşdırılması üzrə mütəxəssis Nikolay Durov da böyük köməklik edir.

Durov qısa müddətdə 350 milyon istifadəçi toplamağı və şirkət səhmlərinin dəyərini 3 milyard dollara çatdırmağı bacarır.

Putinlə ixtilaf

Durovun şirkətində müxalif Aleksey Navalnı tərəfdarları az deyildi və bu, Kremli narahat etməyə bilməzdi. Vaxtaşırı sosial şəbəkədə Putin sərt tənqid edilirdi. Pavel Durov Putinin rəhbərlik etdiyi hökumətin nəzarət tələblərinə əhəmiyyət belə vermirdi. Hətta bir dəfə o, sosial şəbəkədə it şəkili paylaşaraq Putinə rədd cavabı belə verməkdən çəkinməmişdi.

Aprel ayında Ukrayna hadisələri zamanı rəsmi Moskvanı sərt tənqid edən gənc iş adamı bu ölkədəki müxaliflərin şəxsi məlumatlarının Rusiya kəşfiyyatına verməyəcəyini açıq şəkildə bildirmişdi.

Ya həbs, ya da…

Qara paltarlar geyinməyi sevən Durovun elə qara günləri də bundan sonra başlayır. Getdikcə hökumətin təzyiqləri nəticəsində “V Kontakte”də nəzarəti itirməyə başlayır. 2013-cü ilin noyabrında şirkət səhmlərinin 12%-ni Rusiyanın ən böyük internet şirkəti olan “Mail.ru”nun sahibi İvan Tavrinə satmağa məcbur olur. Daha sonra “Mail.ru” “V Kontakte”nin 52%-inə sahib olaraq ən böyük səhmdar adını qazanır. 2014-cü ildə isə “Mail.ru” yerdə qalan hissələri də satın alaraq “V Kontakte”nin yeganə sahibinə çevrilir.

Bununla yanaşı, Durova qarşı təzyiqlər bitməmişdi və hökumət dairələri hər an “qisas” almağa çalışırdı. Rusiya liderinə açıq nifrətini bildirən gənc iş adamı həbs təhlükəsi ilə üzləşmişdi. Belə ki, 2013-cü ildə ona qarşı saxta ittiham irəli sürüldü və paytaxt Moskvada bir polis məmurunu avtomobillə vurmaqda günahlandırıldı. Halbuki Durov ömrü boyu avtomobil idarə etməmişdi.

Artıq Durovun ölkədən qaçmaqdan başqa çarəsi yox idi. Onu həbs etmək üçün FSB ofisə gələndə Durov qardaşları burada yox idilər…

Gizli layihə…

İki qardaş əvvəlcə ABŞ-ın Nyu York şəhərində mənzillənir. “V Kontakte”dən gələn bir neçə sadiq işçi ilə gizli plan quran Durov qardaşları qısa zamanda dünyanı təəccübləndirməyi hədəf seçmişdilər. Bu layihədən xəbər tutan “Moskov Tayms” nəşri onlarla reportaj hazırlamaq istəsə də, qardaşlar bundan imtina etmişdilər.

Durov qardaşlarının gizli layihəsi bu gün 100 milyondan çox insanın istifadə etdiyi “Teleqram” messenceridir. Proqram dünyada ən təhlükəsiz mesajlaşma xidməti kimi tanınır. Şirkət indiyədək heç bir yazışmanı üçüncü tərəfə verməyib. Hətta “Teleqram” 4 noyabr 2014-cü ildə müsabiqə elan edib və mesajları əldə edən şəxsə 3 milyon dollar mükafat verəcəyini açıqlayıb. 11 fevral 2015-ci ildə müsabiqənin vaxtı bitsə də, qazanan olmayıb.

Durov sonralar Cənubi Amerikada yerləşən Sent-Kits və Nevis adlı bir dövlətin vətəndaşlığını alıb. Bunun üçün ölkəyə 250 min dollar hədiyyə edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın