Menu
Geri İrəli

Putinə seçkidə rəqib olacaq Sobçak kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur
Share Button

sobcakKsenya Sobçak: “Seçki qrafamda yazılacaq ki,  tək Putinə deyil, bütün namizədlərə qarşıyam”

“Rusiya şou-biznes ulduzlarının qonorar şkalası” mövzusu bir ara yeddi qıfıl arxasında idi. Bir köpəkoğlu deyə bilməzdi ay bəs, Nikolay Baskov toylara, banketlərə, ad günü məclislərinə neçəyə, hansı qonorar qarşılığında gedir. Eyni sözləri Valeriy Meladze, Filipp Kirkorov, digərləri barədə də söyləmək mümkündür.

Mövzu üzərindən sirr pərdəsini qaldırmaq cürətini özündə bircə nəfər tapır: Rusiyada-teleaparıcı Ksenya Sobçak. İnstagramdakı öz səhifəsində o deyib:“Krasnodar xalq məhkəməsi hakimi Yelena Xaxalevanın toy məclisinə Nikolay Baskov 100 min avro qonorar müqabilinə gəlib. Meladze 80 min qazanıb ordan. Vera Brejneva 45 min. Soso Pavliaşviliyə 20 min avro ödəyiblər. Məxfilik yaraşmır şou-biznesə. Mən şəffaflıq tərəfdarıyam”.

Kseniya Sobçak, bəli, təkcə elə teleaparıcı deyil. Həm də toy aparıcısıdır. Reytinq şkalasına görə Rusiyada ən çox qazanan jurnalistlərdəndir. İllik gəliri  1 milyon 200 min dollardı. Maksim Qalkin siyahıda üç pillə yuxarıdadı-gəliri 5 milyon dollardan azdı. İvan Urqant, Kseniya Sobçak, Olqa Buzova nisbətən az qazanırlar. Gəlirləri ildə 2-3 milyon ola-olmaya.

***

Tanınmış ictimai sima, Rusiya şou-biznesinin aparıcı fiquru, liberal yönlü müxalifətçi Ksyuşanı… üzr istəyirəm Ksenya Sobçakı xahiş edirəm kiçildib cibinizə qoymayın.  Rusiyada indi hamı ondan danışır, ondan yazır. Prezident Vladimir Putinlə təkbətək görüşündən sonra gedib müxalifətyönlü “Dojd” telekanalı redaksiyasına. Qəfildən görün bir nə deyib: “RF prezidenti seçkilərində öz namizədliyimi irəli sürürəm… Aleksey Navalnı tərəfdarları mənə səs verəcək, görərsiz…”

Xəbər Moskva səmalarında ildırım kimi şaqqıldayıb. Day o sayt, xəbər agentliyi qalmayıb ki,  bu sözləri öz manjetlərinə çıxarmasın. Ksyuşa Sobçak sonradan anonsunu belə şərh edib: “Rəhmətlik atam Anatoliy Sobçak haqda film çəkirəm. Müsahiblərimdən biri Vladimir Putin idi. Görüşdük. Bu gün isə seçkilərdə iştirakımı bəyan edirəm. Putinlə ailəmizin əlaqələri hələ Piterdən  başlayır. Qərarım prezident tərəfindən razılıqla qarşılandı”.

Verilişin aparıcısı, “Dojd” kanalının baş direktoru Natalya Sindeva azca şübhə ilə yanaşıb bu bəyanata. Sobçakın seçkilərdə 2 faiz səs toplayacağını proqnozlaşdırıb. Sobçakın cavabı özünü çox da gözlətməyib bu zaman: “Milyonların səsini qazanacağıma şübhə etmirəm. Piara ehtiyacım yoxdu. Seçki qrafamda yazılacaq ki,  tək Putinə deyil, bütün namizədlərə qarşıyam. Soruşsaz kim maliyyələşdirəcək bu seçki marafonumu, deyəcəm heç kim. Sadə, narazı biznesmenlər. Sıralarımda pərəstişkarlarım az deyil”.

Image result for ksenya sobçak

***

Ksyuşa Sobçak özü varlı-karlı adamdı. İstəsə, simiclik eləməsə, seçki marafonunu özü də maliyyələşdirməyə qadirdi. Çoxsaylı sıfırlarla ölçülən qonorarı http://www.praznikus.ru ttp://www.praznikus.ru saytında 25 min avro göstərilir. Elandan görünür- Ksyuşa Sobçak, yeni il şənliklərinə, habelə digər tədbirlərə məhz bu qonar qarşılığında gedir. Aparıcılığı, hə, bax bu qiymətədir. Dükan açılışı olsun, yaxud ad günü- Sobçaka dəxli yoxdu bütün bunların. Başının dəstəsi ilə ortaya düşüb məclisi şənləndirəcək.

“DISCO STAR” konsert agentliyinin yaydığı bu məlumatlar hələ tam deyil. Sobçakın başqa tələbləri də var bu elanda: “Gərək otağın temperatur istiliyi 20 dərəcədən aşağı olmasın. Pencərələrdə nəfəsliklərin olması mütləqdir. İştahasını küsdürməyəsiz haaaa bax bu Ksyuşa Sobçakın. O, toyuq bulyonuna üstünlük verir hər zaman. Qızarma qara çörək. Yağsız xama. Tərəvəz-meyvə salatları. Menyunu, bu cür sifariş etsəz yaxşıdı. Soğan-filan xahiş edirik süfrədə olmasın”.

Elanın axırını oxusan deyərsən bu Sobçakın başına at təpib nədi? Belə adamdan prezidentmi olar heç?: “Sifarişlərin coğrafiyası, qiymətə bağlıdır. Lazım gəlsə, bizim teleaparıcı öz körpəsini evdə nənəsinə tapşırıb uzaq səfərlərə də çıxa bilər. Əliniz cibinizdə olsun. Körpənin pampersləri çox bahadır!”

Image result for ksenya sobçak

Amma indi, prezident seçkilərində öz namizədliyini irəli sürəndən sonra Ksenya Sobçak çətin bu şərtlərini öz reklam çarxlarında saxlasın. Sözsüz, bu məlum elanlar tezliklə saytlardan pozularaq təzələri ilə əvəzlənəcək.

Təzələrində, görəcəksiz, toyuq bulyonu, uşaq pampersləri barədə artıq-əskik bircə kəlmə belə gözünüzə sataşmayacaq. Namizədin təzə dosyesi təxminən bu məzmunda olacaq.

DOSYE: KSENYA SOBÇAK.

BOYU: 167 sm.

ÇƏKİSİ: Səhərlər 58 kq. İmzaladığı bütün müqavilələr eyni sonluqla bitir – “İmza sahibi söz verir ki, tədbir zamanı çəkisi 60 kq çox olmayacaq”.

BƏDƏN ÖLÇÜLƏRİ: “86-63-85″

AYAQ PƏNCƏSİ: 37.

DOĞUM TARİXİ: 5 noyabr 1981. Leninqrad.

VALİDEYNLƏRİ: Atasını ehtiyac yoxdur kiməsə təqdim etməyə. Anası Lyudmila Narusova isə FR Dumasında halal deputatdır.

ŞƏXSİ HƏYATI: Xahiş edirəm bu qızın dodaqlarından qaçırdığı hər sözə etibar etməyəsiz. Sözündə, arzularında bütöv deyil o. 2005-ci ildə ABŞ milyonçusu Aleksandr Şusteroviçlə evlənəcəyini mətbuatda anons etsə də, nə oldu? Dediyinə əməl etmədi. Sonra bunu piar gediş adlandırıb.

2011-ci ilin 16 yanvarında, canlı efirdə elan edib ki, sabiq deputat Sergey Kapkova möhkəmcə vurulub guya. Bir ildir görüşürlər. Sonra necə deyərlər, buna da bir “quş” qoyub. Dediklərini inkar edib.

2012-ci ilədək müxalifətçilərdən İlya Yaşinlə görüşüb ara-sıra. Münasibətləri barədə suallara çox gec cavab qaytarıb. Deyib “sevgidir bu”.

images.jpg (9 KB)

1 fevral 2013-cü ildə isə deyəsən, dinə-amana gəlib axır ki. Yaşca özündən 10 il böyük olan aktyor Maksim Vitorqana ərə gedib. Bu dəfə yalan danışmayıb öz şəxsi həyatı barəsində. 18 noyabr 2016-cı ildə öz ilkini -oğlu Platonu dünyaya gətirib. Elə həmin gündəcə öz namizədliyini gələcək prezident seçkilərində irəli sürəcəyini elan edib. Əvvəl çoxları inanmayıb buna. Sonra görüblər yox eyyy… bu qıza bəzən inanmaq da olarmış.

VİAQRA REKLAMÇISI: Əvvəl Sankt-Peterburqda, sonra MQİMO-da təhsil alıb. Cibindəki diploma inansaq, beynəlxalq münasibətlər üzrə ciddi mütəxəssisdir. İngilis, fransız, ispan dillərində səlis danışır.

Ancaq bu statistik göstəricilərlə indi rus seçicisini təəccübləndirə bilməzsən. Sosial şəbəkələrdə gedən qızğın müzakirələrdə sadə vətəndaşlar bu qız barədə ağızlarından gələni deyirlər: “”Ev-2″ teleproqramında teleaparıcılıq etməyin bizə bəsdir. Ölkəni, vətəni, Kremli sənə tapşırmaq olmaz. ”Viaqra”nın reklam çarxında iştirakın hələ çox yadımızda qalacaq. Bilsəydin prezident seçkilərinə qarışacaqsan bir gün, görünür “Viaqra” epizodu bioqrafiyanda olmazdı. İndi gecdir. Günahını nəylə yuyacaqsan?”

Ermənistanla münasibətləri barədə heç nə deyə bilmərəm. Gürcüstana ancaq sevgisini gizlətmir o. 2012-ci ilin aprelindən başlayaraq oktyabra qədər gürcü telekanalı “PİK”də aparıcılıq edib. Azərbaycan telekanallarından təklif alması söhbəti yalandı.

PARODİYALARI Moskvada məşhurdu. 2015-ci ildə misal üçün Ksenya Sobçak “Ekstrasenslərin döyüşü” verilişini lağa qoymaqda orijinallıq göstərib. Növbəti “Restoranların döyüşü” verilişində ekstrasensləri alçaldıb. Edib bir qəpiklik.

Image result for ksenya sobçak

Qısası, falçılara, ekstrasenslərə iyznənin ucu qədər belə inanmır. İti qovan kimi qovur belələrini öz qapısından.

MƏŞHURLUQ ŞKALASI: “Rusiyanın 100 ən məşhur qadını” siyahısında hörmətli 22-ci yerdədir.

ƏDƏBİ İSTEDADI: 2008-ci ildən bəri dövriyyəyə bir neçə kitab buraxıb. Mövzu, əsasən kosmetika sirləri, habelə ərə getməyin sirləri haqdadır. 2009-da buraxdığı “Milyonerə necə ərə getməli” kitabçası Rusiyada qalmaqala səbəb olub. 10 min alıcısından birisi belə milyonerə ərə getməyə müvəffəq olmayıb.

Alıcılarından biri- dünya gözəli bir qadın, bu səbəbdən Sobçakı məhkəməyə vermək istəyib hətta. Məhkəmə, sadəcə, bu ittihamı icraata götürməyib.

MADDİ VƏZİYYƏTİ: Fikriniz mənim kimi Azərbaycan teleaparıcılarına getməsin. Ksenya Sobçakın maddi durumu mənimlə müqayisədə əladan əladır. Məni boşboğazlıqda ittiham etməməyiniz üçün keçirəm dəqiq faktlara. Rus qəzetlərindən kiçik çıxarışlar edirəm. 12 iyun 2012-ci ildə Sobçakın şəxsi mənzilində qəfil axtarış başlayır. Polislər müxalifətçi sevgilisini-İlya Yaşini onun mənzilində axtarırlar. Tapmırlar. Əvəzində 1 milyon 108 min 420 avro, 522 min 392 dollar, 485 min 325 rubl aşkarlayırlar mənzildə. Ac ruslar, bu pulları telekanallarda görüb cin atına minirlər. Başlayırlar Ksenyanı soyüb sulamağa. Sonra ancaq bu pullarda kriminal məzmunlu heç nə tapılmır. Bəlli olur ki, pullar qanunidir. Ksyuşanın halal qonorarıdır.

***

Halaldı Ksuşyaya. Həyata, güzərana münasibəti sadədir bu qadının. Pul lazımındı? Get toylara. Aparıcılıq et. Utanma. Utananın uşağı olmur deyib atalarımız.

Siyasətə də çox sadə baxır bu şou-biznes ulduzu. “Prezidentlik? Hə…bunu da bacararam. Nə var ki… Atam meri olub Sankt-Peterburqun. Putini karyera pilləkanıyla yuxarı qaldıran da elə rəhmətlik atamdı.

İndi, heç nə.  Putin əvəzini ödəyir. Borclu qalmır atama.

Gələn il baharda məni təbrik etməyə tələsin. Səslərinizi verin mənə. Xüsusən Aleksey Navalnıya verəcəyiniz səsləri”.

Həmid HERİSÇİ, musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın