Menu
Geri İrəli

Putinin hərbi blokunda aprel döyüşləri müzakirə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

600@0

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Rusiyanı tərifləyib.

Qarabağ münaqişəsi ətrafında vəziyyətin sabitləşməsində Rusiya əhəmiyyətli rol oynadı. Ermənistan Təhlükəsizlik Şurasının sədri belə deyib. Şuranın rəhbəri Armen Qevorkyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının rəhbərlərinin iclasında çıxış edərkən deyib ki, aprel ayında Qarabağ münaqişəsi zonasında vəziyyət əhəmiyyətli dərəcədə kəskinləşmişdi.

Sarkisyan Astanada aprel döyüşlərindən danışdı
“Amma vəziyyət nəzarət altına alındı. Burada Rusiyanın səyləri əhəmiyyətlidir”.

“Rusiya Qarabağ münaqişəsinin həllini prioritet elan edib”
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov da ötən gün verdiyi açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana və Ermənistana yardım etmək Rusiyanın xarici siyasətinin əsas prioritetləri sırasına daxil olduğunu deyib. O deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu sahədə fəal işlər görməyə çalışır.

Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan da apreldə həyata keçirilən əməliyyatların dayandırılmasında Rusiyanın əhəmiyyətli rol oynadığını demişdi. Ermənistan prezidenti Avrasiya İttifaqının Astana iclasında Dağlıq Qarabağdan danışarkən bildirmişdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri sakit izləyə bilmir.

Armen Qevorkyan – Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri
Armen Qevorkyan – Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri
“Əlbəttə ki, döyüşlərdən sonra Qarabağın “özünümüdafiə” dəstələri öz sıralarını bərpa etdi. Burada Rusiyanın rolu çox əhəmiyyətli oldu”, – deyə Ermənistan prezidenti bildirib.

Sarkisyan deyib ki, rəsmi İrəvan münaqişənin sülh yolu ilə həlli üçün variantlar axtarışındadır”.

Amma aprel ayında baş verən hadisələr Avrasiya İttifaqının sərhədlərinin təhlükəsizliyi üçün bir çağırış idi. Avrasiya İttifaqının gələcəyə iki yolu var: ya iqtisadi sabitlik, təhlükəsiz zonaya çevrilmək, ya da gərginliyin və düşmənçiliyin daimi mərkəzinə çevrilmək”.

“Mən bir cümlədə dörd yalan danışan prezident görməmişəm”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın