Menu
Geri İrəli

“Qanuni oğru”ların Azərbaycan göyərtisi üstündə – Müharibəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Oktyabr 2015 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt restoranında toplaşan kriminal avtoritetləri saxlayıb.

“qanuni oğru” ların yezidilərlə gürcü qruplaşmaları arasında yaranan münaqişəni həll etmək üçün toplaşdıqları məlum olub.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları Matsik ləqəbli Qvaramiya Maxare, Torçik ləqəbli Nuqraz Torçinava, Şalva Roko Xuçua və Vitalik Maxaçkalinski kimi avtoritetləri saxlayıblar.

Yezidilərlə gürcülər arasında konflikt Ded Xasanın adamlarına tabe olan yezidi klanının onun ölümündən sonra başsız qalması ilə başlayıb. Daxili çəkişmələr yezidi klanını zəiflədib və digər qruplaşmalarla qarşı-qarşıya qoyub.

Məlumata görə, “gürcü”lərlə “yezidi”lər paytaxtın ərzaq bazarlarına xüsusilə də, Azərbaycandan gətirilən göyərtiyə nəzarət edirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın