Menu
Geri İrəli

Qara dənizdə dəhşətli gəmi qəzası – 15 rus əsgəri itkin düşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2017 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

gemiQara dənizdə dəhşətli gəmi qəzası baş verib.

Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya məxsus döyüş gəmisi ilə yük gəmisi toqquşub. Yük gəmisində canlı heyvanlar olub. Aşot-7 adlı yük gəmisinin hansı ölkəyə məxsus olduğu məlum deyil. Qəza İstanbul boğazından 40 km aralıda baş verib.

60 rus əsgərinin olduğu döyüş gəmisində xəsarət alan 45 nəfər xilas edilib. 15 əsgərin isə itkin düşdüyü bildirlir.

Qəza baş vermiş ərazidə qatı dumanın olduğu barədə məlumatlar var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın