Menu
Geri İrəli

Qasırğa bu ölkədə 3500 evi dağıtdı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

151025100158-mexico-patricia-624x351-reuters-nocredit

Meksikanın Sakit Okeana çıxan sahil xəttinin Patricia qasırğasına məruz qalması nəticəsində 3500 yaşayış evi zədələnib

Bu haqda ölkə prezidenti Enrique Pena Nieto çıxışında bildirib.
Meksika prezidenti bildirib ki, Patricia qasırğası gətirdiyi güclü yağışlarla daşqın və sürüşmə təhlükəsi yaradır.
Prezident Enrique Pena Nieto bildirib ki, Patricia gözlənildiyindən daha az zərər yetirib.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanı beşinci dərəcəli fırtına kimi dəyərləndirib. Bu ən yüksək təsnifat hesab olunur. Lakin qasırğa zəifləyərək ikinci kateqoriyalı tropik fırtınaya çevrilib.

Qasırğa Meksikanın qərbinə yaxınlaşıb, özü ilə dağıdıcı külək və yağışlar gətirsə də, elə də ciddi itkinin baş vermədiyi bildirilir.

İndi Patricia Meksikadan şimala doğru hərəkət edir.

Qasırğanın ölkənin daxilində hərəkəti xüsusilə Nayarit, Jalisco, Colima, Michoacan və Guerrero ştatlarına təhlükə yaradır

Facebook Şərhləndirmə:

Şərhinizi yazın