Menu
Geri İrəli

Qatilin rəfiqəsi: “Filiz Vatandan uşaq istəyirdi, o isə…”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur

vatanAparıcı-aktyor Vatan Şaşmazı öldürən keçmiş sevgilisi, model Filiz Akerin yaxın dostu Sevilay Öztürk yenidən açıqlamaları ilə təəccübləndirib.

sumqayitxeber.com axşam.az-a istinadən bildirir ki, o, cütlük arasında böyük sevgi olmadığını deyib:

“Onlar arasında sevgi yox idi, qısamüddətli əlaqələri olub. Filiz “Yaşım keçir” deyib Vatandan uşaq istədi, o isə aralarındakı yaş fərqinə görə bu istəyi rədd etdi. Bunlar bir qadının heç vaxt eşitmək istəmədiyi sözlər idi. 2 dəfə Filiz intihara cəhd etdi. Sevgiyə görə bunu etməz. Amma mövzunun pul olub-olmadığını da bilmirəm. O həyatı, musiqini sevən bir qadın idi. Özünü çox yalnız hiss edirdi. Filiz çox seçici bir qadın idi. Hər kəslə tanış olmazdı. Vatan o vaxtlar subay idi”.

Bu intihardan təəccüblənmədiyini deyən Sevilay Öztürk rəfiqəsinin bu addımı atacağını bildiyini deyib:

“Filiz 20 illik dostumdur. Onun kimi insan tapmaq çətindir. Roman qəhrəmanları kimi idi. Amma çox yalnız idi və bu dünyada yaşayacaq bir şeyi qalmamışdı. Həm maddi, həm mənəvi bitmişdi. O da ölmək istədi. Filizin anasının atası tərəfindən öldürüldüyünü bir il öncə eşitdim, amma onunla aramızda bu haqda söhbət olmamışdı. Çünki Filiz ailəsi haqqında danışmağı sevməzdi. Vatan Şaşmazı dəqiq nə üçün öldürdüyünü deyə bilmərəm, amma həyatda heç bir məqsədi qalmamış, tükənmiş bir qadın idi. Bəlkə də böyük finala getmək istədi. Vatan olmasaydı, bəlkə də ölümü belə təntənəli olmayacaqdı”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın