Menu
Geri İrəli

“Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

ABSbayraq

ABŞ-ın tanınmış siyasi eksperti hesab edir ki, Ermənistana işğalçı siyasətinə görə Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməlidirlər.

ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys dailykarabakh-a açıqlamasında deyib ki, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini təmin etməkdə öz töhfəsini verməlidirlər: “Ermənistana siyasi təzyiq göstərmək və bu ölkənin işğalçı qoşunlarının Azərbaycanın suveren ərazilərindən çıxarılması üçün Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməli və öz səfirlərini İrəvandan geri çağırmalıdırlar”.

Amerikalı ekspertin fikrincə, Suriyadakı vətəndaş müharibəsi Rusiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən yayındırır və bu proses davam edə bilər.

Diplomatın sözlərinə görə, Azərbaycan üçün ən mühüm məsələ dünya ictimaiyyətini Ermənistan kimi işğalçı bir dövlətin beynəlxalq qanunlara məhəl qoymadan 30 ilə yaxın bir müddətdə Azərbaycanın günahsız vətəndaşlarını öldürməkdən zövq aldığına inandırmaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın