Menu
Geri İrəli

“Reina” terrorçusunun ilk ifadəsi yayıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2017 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur
reina-katliamcisi-icin-surec-nasil-isleyecek-8368755İstanbuldakı “Reina” klubuna hücum edən terrorçunun ilk ifadəsi ortaya çıxıb.
Publika.az xəbər verir ki, 39 adamı öldürən Abdulkadir Maşaripovun əslində İŞİD terror təşkilatından Taksim meydanında terror aktı törətmək tapşırığı alıb.
“Taksimə getdim, amma orada təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Mənə təlimatı verən şəxslərlə yenidən təmas yaratdım. Ərazidə yeni hədəfin axtarılmasını istədilər. Sahildə taksi ilə gəzdim. “Reina” uyğun görünürdü. Təhlükəsizlik tədbirlərinin olduğu gözə dəymirdi. Rakkadakı adama məlumat verdim, o qəbul etdi”, – terrorçu bildirib.
O, ifadəsində Əfqanıstanda Əl Qaidə düşərgələrində silahlı təlim aldığını, daha sonra İŞİD-ə keçdiyini bildirib. Ötən ilin yanvar ayında isə Suriyadakı müharibəyə qatılması üçün təlimat alır. Bundan sonra İran üzərindən Türkiyəyə gələrək Konyada yerləşir. Konyada olduğu vaxt isə Rakkadan terror aktının təşkil edilməsi barədə təlimat gəlir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın