Menu
Geri İrəli

Rio-2016: Türkiyəni təmsil edən azərbaycanlı atlet finala yüksəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2016 • Baxış sayı: 635 dəfə • Şərh yoxdur
ramil quliyev2Azərbaycanlı atlet Ramil Quliyev Rio Olimpiadasında finala yüksəlib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter 20,09 saniyə ilə 7-ci yerdə qərarlaşaraq  finala yüksəlib.

Finalda Ramil Quliyev Useyn Bolt (Yamayka), Laşon Merrit (ABŞ), Kristof Lemetr kimi məşhur sprinterlərlə yarışacaq.

Qeyd edək ki, final yarışları avqustun 19-də, Bakı vaxtı ilə 05:30-da keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın