Menu
Geri İrəli

Rusiya Qazaxıstana S-300 sistemi bağışladı

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

S-300Müdafiə Nazirliyi məlumat yayıb.

Qazaxıstan Müdafiə Nazirliyinin bildirdiyi kimi, 2015-ci ilin avqust ayının 12-də Qazaxıstan respublikasının silahlı qüvvələrinin Hava müdafiə qüvvələrinin hava əleyhinə qoşunlarının sərəncamına təmənnasız əsasda Rusiya Federasiyası Müdafiə Nazirliyindən beş müasir zenit-raket kompleksi S-300PS verilib.

Oxu.Az xəbər verir ki, kompleks dəmiryolu nəqliyyatı ilə Almata yaxınlığında Jestısu stansiyasına çatdırılıb.

“S-300 PS zenit-raket sistemləri parktiki hərbi atışlarda sınaqdan keçiriləcək və Qazaxıstan respublikasının hava məkanını qorumaq üçün respublikanın silahlı qüvvələrinin Hava müdafiə qüvvələrinin hava əleyhinə qoşunlarının sərəncamına veriləcək”, – Qazaxıstan respublikasının silahlı qüvvələrinin Hava müdafiə qüvvələrinin hava əleyhinə qoşunlarının komandiri general-mayor Nurjan Mukanov bildirib.

Xatırladaq ki, Qazaxıstana təmənnasız əsasda beş divizion ZR S-300 PS verilməsi barədə razılaşma Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Qazaxıstan müdafiə naziri Əlibəy Cakslbekov arasında 2014-cü ilin yanvar ayında keçirilən görüşdə qərara alınmışdı.

Qazaxıstan silahlı qüvvələri SSRİ-nin süqutu zamanı S-300 ZRS-ı miras almamışdı, son zamana qədər yalnız dörd S-300 ZRS-a sahib idi, onlar da 1992-ci ildən sonra 1999-cu və 2001-ci ildə Rusiya tərəfindən bombardmançı Tu-95MS-in verilməsinə dair məşhur müqaviləyə əsasən verilmişdi, ikisi isə 2008 və 2013-cü illərdə Ukraynadan alınmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın