Menu
Geri İrəli

Rusiya uçuşları dayandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

150529173746_holland_russia_sheremetyevo_624x351_getty

Rusiyanın “Ural Airlines” hava şirkəti Sinay yarımadası üzərindən uçuşları dayandırdığını elan edib.

Misirdəki Şərm-əl-Şeyx istirahət mərkəzindən Rusiyaya uçuşların marşrutuna düzəlişlər ediləcək.

“Bütün uçuşlar Sinay yarımadasından yan keçərək aparılacaq”, mətbuat xidmətinin nümayəndəsi bildirib.

Bu qərar oktyabrın 31-də Rusiyanın “Kogalymavia” hava şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğradıqdan sonra qəbul olunub.

Qəza nəticəsində təyyarədə olan 224 nəfərin hamısı həlak olub.

Bundan əvvəl Sinay üzərindən uçuşları dayandıraraq təyyarələrinin marşrutunu dəyişdirdiklərini Emirates, Air France və Lufthansa hava şirkətləri də elan etmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın