Menu
Geri İrəli

Rusiya XİN-i Fransadan üzr istədi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2015 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

151019223914_swiss1_624x351_getty_nocredit

Moskva Dövlət Duması sədrinin uçduğu təyyarə ilə bağlı insidentə görə Fransa səfirinin XİN-ə çağırılmasının səhv olduğunu etiraf edərək Parisdən üzr istəyib.

Bazar ertəsi İsveçrəyə yollanan Sergey Narışkinin təyyarəsinə İsveçrə hərbi təyyarəsi yaxınlaşıb. Təyyarənin Fransaya məxsus olduğunu zənn edən Moskva Fransa səfirindən izahat tələb edib.

XİN-in rəsmi nümayəndəsi bazar ertəsi səfirin səhvən çağrıldığını etiraf edərək Fransaya üzrxahlığını bildirib.
“Diplomatik kanallar vasitəsilə Fransa tərəfinə üzrxahlıq bildirilib və Rusiya artıq İsveçrə tərəfilə işləməyə başlayıb… İsveçrə tərəfindən rəsmi cavab gözləyirik”,- Mariya Zaxarova deyib.

İsveçrənin müdafiə naziri insidentin baş verdiyini təsdiqləyib.

“Bu İsveçrədə qəbul edilmiş standart prosedurdur, – hadisə barədə danışan Piter Minden deyib. – Buarada qeyri-adi bir şey yoxdur”.

Rusiya “təhlükəli yaxınlaşma” ilə bağlı XİN-ə çağrılan Fransa səfirinə “dərin narahatlığını ifadə edib”.
“Parisin bu kimi addımları Fransanın çoxtərəfli görüş və danışıqlar məkanı kimi istifadə imkanlarını sual altına alır”, – XİN bəyan edib.

Moskvanın sözlərinə görə Sergey Narışkinin təyyarəsinə yaxınlaşan hərbi təyyarənin Fransaya yox, İsveçrəyə məxsus olduğu yalnız olaydan bir qədər keçmiş müəyyənləşib.

Rəsmi Paris hadisənin baş verməsinə görə təəssüfləndiyini bildirib.

“Fransa Hərbi Hava Qüvvələri təyyarələrinin Rusiya təyyarəsilə bağlı insidentə aidiyyatı olmayıb”, – Fransa XİN-i bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın