Menu
Geri İrəli

Rusiyada azərbaycanlı həmyerlisini qarət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 209 dəfə • Şərh yoxdur

ogur

Rusiyanın Domodedovo rayonunda quldurluqda şübhəli bilinən mütəşəkkil qrupun üzvü saxlanılıb.

Cinayətkarlar 2015-ci ilin sentyabr ayında Domodedovo rayonunda Azərbaycan vətəndaşı olan yerli iş adamına hücum çəkərək ona bir neçə bıçaq zərbələri endiriblər, travmatik tapançadan ayağından vurublar və üstündə olan 250 min rubl məbləğində pulu götürüb hadisə yerindən uzaqlaşıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun bir üzvü – 34 yaşlı Azərbaycan vətəndaşı Moskvada saxlanınlıb.

Hal-hazırda qrupun digər üzvlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın