Menu
Geri İrəli

Rusiyada azərbaycanlı Türkiyə vətəndaşını qətlə yetirib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2015 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur

4ef0bac30823bf480ba97ada9ba9b354

Rusiyada Türkiyə vətəndaşını qətlə yetirən Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin Orenburq vilayəti üzrə Cinayət Axtarış İdarəsi və İstintaq Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı Altın Güngörü qətlə yetirməkdə şübhəli bilinən şəxslər Həştərxan vilayətində yaxalayıb.
Türkiyə vətəndaşının qətlində iki nəfər, Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Muradxan Cəlilov və Orenburq vilayətinin sakini şübhəli bilinir. Onların hər ikisi yaxalanaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, sentyabrın 2-də Daxili İşlər Nazirliyinin Orenburq vilayəti üzrə İdarəsinə Türkiyə vətəndaşı, 36 yaşlı Altın Güngörün itkin düşməsi ilə bağlı məlumat daxil olub. Müəyyən edilib ki, avqustun 22-də Altın Güngör Türkiyədən Moskvaya, oradan da Orenburqa uçub. Lakin daha sonra ondan xəbər alınmayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşmüş Türkiyə vətəndaşının üzərində zorakılıq əlamətləri olan cəsədi meşədə basdırılmış şəkildə tapılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın