Menu
Geri İrəli

Rusiyada faciə: 21 ruhi xəstə diri-diri yandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2015 • Baxış sayı: 510 dəfə • Şərh yoxdur

531267d94d5935a7cacf0f70148f3c94 İki nəfərin axtarışları davam etdirilir

Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş verən yanğında ölənlərin hamısının cəsədi tapılıb. APA-nın RİA Novosti agentliyinə istinadın verdiyi məlumata görə, bununla da, ölənlərin sayı 23-ə çatıb.

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın