Menu
Geri İrəli

Rusiyada Qarabağ konfeti istehsal olunur (FOTO)

Müəllif: Sumqayitxeber.com • Tarix: 5 Fevral 2016 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

52a791f104f4Konfetin heç bir siyasi məqsəd daşımadığı bildirilib.Rusiyanın Sibir regionundakı “Sladunitsa” şirniyyat şirkəti “Qarabağ” adı daşıyan konfetlər istehsal edir. Məlumata görə, şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib.

“Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri isə Anastasiya Perminovadır. Modern.az saytı Anastasiya Perminova ilə əlaqə saxlayaraq, şirkətin “Qarabağ” adı altında konfet istehsal etməsinin səbəblərini soruşub, bu işin arxasında ermənilərin dayanıb-dayanmadığını xəbər alıb.

“Konfetlərin “Qarabağ” adı ilə istehsalı marketinq şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb. Vurğulamaq istəyirəm ki, məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı deyil. Şirkətimiz beyənlxalq siyasətdən tamamilə uzaqdır”.Anastasiya Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və “Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını deyib.

Şirkət Rusiyanın 65 subyektində marmelad, şəkərli peçenye, şərq şirniyyatları və konfeltlər istehsal edir.

“Qarabağ” konfetlərinə gəlincə, 1 kiloqramı 430 rubla (8 manat 70 qəpik) satılan konfetlər şokolad və kakao tərkiblidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın