Menu
Geri İrəli

“Rusiyanın Qarabağla bağlı bir mövqeyi var” – Mariya Zaxarova

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2016 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

1306410579

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var – Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək”.

Bunu Yerevanda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz böyük səyləri göstəririk ki, münaqişənin nizamlanmasında real irəliləyişə nail olaq”, – deyə Mariya Zaxarova bildirib.

Prezidentlərin növbəti görüşü barədə suala cavab verən XİN-in rəsmisi bildirib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.

“Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib – tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Və biz bunun üçün əlimizdən gələni edirik”, – deyə Mariya Zaxarova bildirib.

Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: “Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilmişdir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın