Menu
Geri İrəli

Rusiyanın yatan baş naziri – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2015 • Baxış sayı: 349 dəfə • Şərh yoxdur

photo_42558

14 sentyabr və Dmitri Medvedev dünyaya gəldi. Atası fizik olan Medvedevin anası rus ədəbiyyatının professorlarından olub. Rusiyanın hazırki Baş naziri ötən əsrin 1965-ci ilində Leninqradda dünyaya göz açıb.

Nazir Sankt Peterburq universitetinin hüquq fakültəsinin məzunu olub. 1987-ci ildə bakalavr diplomunu alandan sonra 1990-ci ildə Hüquq Elmləri Doktoru adını qazanıb. Uzun müddət oxuduğu universitetdə işləyəndən sonra St. Peterburq Bələdiyyə Başçılığı Xarici Əlaqələr Komitəsinin hüquq məsləhətçiliyi vəzifəsini icra edib. Həmin dövrdə Vladimir Putinin ən yaxın iş yoldaşlarından biri olub. 15 fevral 2000-ci ildə Putinin seçkilərdə qalib çıxmasından sonra Medvedev də Kremldə vəzifəyə keçirilib.

2000-ci ildə dünyanın ən çox təbii qaz ixrac edən, eyni zamanda Rusiyanın ən böyük şirkəti olan “Gazprom”un başçısı olub.

2002-ci ilin oktyabrında Rusiya Milli Bank Şurasının əsas nümayəndəsi olub. Bundan sonra 2003-cü ildə Kremlin idarə heyətinin rəhbəri olub. Medvedev 2004-cü ildə isə Rusiya Təhlükəsizlik Şurasının üzvü seçilib.

14 noyabr 2005-ci ildə Vladimir Putin tərəfindən Rusiyanın Baş naziri təyin edilib. 2 il sonra – 2007-ci ildə isə Rusiya prezidentliyinə namizədliyini irəli sürüb və 2 mart 2008-ci ildə Rusiyanın yeni prezidenti Dmitri Medvedev olub.

Medvedev evlidir və İlya adlı oğlu var. Həyat yoldaşı Svetlana Medvedev ilə orta məktəbdə tanış olublar. Liseydən məzun olandan bir neçə il sonra – 1982-ci ildə evləniblər.

2012-ci il Rusiya prezident seçkilərində isə Vladimir Putin yenidən prezident seçilir. Və Medvedev Baş nazir vəzifəsinə geri qayıdır. Nazirin bir unikal xüsusiyyəti var və bu, onu digər liderlərdən fərqləndirir. ATV.az-ın təqdim etdiyi forolara baxanda hər şeyı başa düşəcəksiniz.

Nərgiz Nənə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın