Menu
Geri İrəli

Saakaşvili azadlığa çıxdı və xalqı inqilaba səslədi – Canlı yayım

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2017 • Baxış sayı: 408 dəfə • Şərh yoxdur
Share Button

saakashvili212121Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq mühafizə orqanları tərəfindən aparıldığı avtomobilini mühasirəyə alaraq onun irəlləməsinə mane olub.

Axar.az xəbər verir ki, tərəfdarları əvvəlcə avtomobili devirməyə cəhd etsələr də hüquq mühafizə orqanları buna mane olublar. Daha sonra isə onlar avtomobilin qarşısını kəsərək onun irəlləməsinə imkan verməyiblər. Hüquq-mühafizə orqanları etirazçılara mane ola bilmir.

***

Mixail Saakaşvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında xırda toqquşmalar baş verib. Siyasətçinin tərəfdarları ərazidə barrikadalar yaratmağa başlayıb.

***

Mixail Saakaşvili bu dəqiqələrdə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı maşından azad edilib.

Azad edilən kimi tərəfdarlarının qarşısında çıxışa başlayan Saakaşvili Putinin sifarişi ilə Poroşenkonun onu həbs etmək istədiyini bildirib.

O, hər kəsi küçələrə çıxmağa səsləyib.

“Hər kəsi Maydana toplanmağa səsləyirəm. Biz bu gün Poroşenko və onun oliqarxlarından azad olmalıyıq. Onların silahlarından qorxmayın. Ordu və polis bizim yanımızdadır. Heç kimdən qorxmayın. Onlar bizdən qorxsunlar. Mən sizə söz verirəm ki, Ukraynanı Medvedçukdan, Əhmədovdan azad edəcəyəm. Mən Ukraynada yaşayacağam, Ukraynada da öləcəyəm”, – deyə o bildirib.

O, həmçinin, prezidentin impiçmenti tələb edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın