Menu
Geri İrəli

Saakaşvili vətəndaşlıqdan çıxarılır

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

98977

Gürcüstanın Ədliyyə Nazirliyi eks prezident, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin ölkə vətəndaşlığından məhrum edilməsi barədə prezident Giorgi Marqveleşviliyə müraciət edib. Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv edilməsinə dair çıxarış dekabrın ilk günlərində prezidentə təqdim ediləcək.

Bu barədə jurnalistlərə Gürcüstanın ədliyyə naziri Teya Çulukiani xəbər verib. Onun sözlərinə görə, Mixail Saakaşviliyə bu haqda məktub bir neçə gün öncə Odessada təqdim edilib. Çulukiani Gürcüstan vətəndaşının başqa ölkə vətəndaşı olduğu halda, vətəndaşlıqdan çıxarıldığını qeyd edib. Nazir Ukrayna pasportu alan Saakaşvilinin bu qanunla vətəndaşlıqdan məhrum olunacağını bildirib. “Gürcü qanunvericiliyinə görə, bu andan etibarən onun öz mövqeyini bildirmək üçün dörd həftəlik müddət başlayır. Dekabrın ilk günlərində biz yekun qərar qəbul edərək Gürcüstan prezidentinə vətəndaşlığın ləğv edilməsi haqqında çıxarışı təqdim edəcəyik”, – deyə Çulukiani bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın