Menu
Geri İrəli

Şakira dünya liderlərinə çağırış etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2015 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

Şakira dünya liderlərinə çağırış etdi

UNİCEF-in xoşməramlı səfiri, dünya şöhrətli müğənni Şakira BMT-də təşkil edilən “Uşaqların inkşafı və təhsili” mövzusunda yığıncağa qatılıb.

İfaçı toplantıda Egey dənizində həyatını itirən və cəsədi Bodrum sahillərinə çıxan suriyalı uşaq Aylan Kurdi ilə bağlı məsələyə də toxunub. Suriyada döyüşlərdən qaçan yüzlərlə uşağın həyatını itirdiyini xatırladan Şakira bunun çox faciəvi hadisə olduğunu və həmin fotonun unudulmamasını bildirib.

O, “Uşaqlar müharibələrin günahını ödəməməlidir. Hamımızın onlara qarşı məsuliyyətimiz var. Nə liderlər, nə də adi insanlar bunu unutmalıdır”, – deyə etiraz edib.

Şakira irqçiliyə qarşı da çıxaraq dünyanın bütün insanların olduğunu söyləyib:

“Hər bir ölkənin iqtisadi problemləri ola bilər, ancaq insan hüquqları sərhədlər və bayraqlardan, irqçilik və nadanlıqdan üstün tutulmalıdır. Dünya liderlərinə çağırış edərək, Aylan və Qalib Kurdi qardaşlarının adına problemin həllini tapacaqlarına ümid edirəm. Kurdi qardaşlarına baxanda Con Lennonun “İmagine” (“Xəyal et”) mahnısındakı “İnsanların bütün dünyanı paylaşdığını xəyal et” (“Imagine all the people sharing all the world”) sözlərini xatırlayıram. Niyə dünyanın paylaşa bilmirik? Bizə mane olan nədir?”.

Şakira daha sonra “İmagine”mahnısını səsləndirib.//axsam.az
Şakira dünya liderlərinə çağırış etdi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın