Menu
Geri İrəli

Sevgililər Günü qadağan olundu – Məhkəmə qərarı ilə

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 1,088 dəfə • Şərh yoxdur

İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin Günü – Sevgililər Gününü qadağan edib.

Sumqayitxeber.com azvision.az-a istinadən xəbər verir ki, məhkəmə bu qərarı Sevgililər Gününün islam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib.

Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.

Qeyd edək ki, Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın