Menu
Geri İrəli

Şiə zəvvarlarına hücum

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

807E4FD8-4BFE-4F85-A278-4ECA578463E5_w640_r1_cx0_cy15_cw84_s

Bağdadda şiə zəvvarlara edilən hücumda azı 7 nəfər ölüb, 20 nəfərsə yaralanıb. Ölənlərdən ikisi zabitdir.

Partlayış oktyabrın 26-da Al Shaab rayonunda törədilib. Ölümə gedən intiharçı özünü Aşura mərasimlərini qeyd edən şiə zəvvarların çadırında partladıb.

Hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib. Amma adətən son vaxtlar bu cür hücumların arxasında İslam Dövləti yaraqlıları durur. İslam yaraqlıları vaxtaşırı təhlükəsizlik qüvvələrinə də hücum edirlər.

Hazırda İraq və Suriyanın xeyli hissəsi İslam Dövləti qrupunun nəzarətindədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın