Menu
Geri İrəli

“Sünni və şiə İslam bizim düşmənimizdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2015 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

İsrailin baş naziri çıxışı zamanı yenə də müsəlmanların ünvanına kəskin sözlər deyib.

“Bizim iki düşmənimiz var; biri İranvə vəkilləri tərəfindən idarə olunan şiə İslamı, digəri isə indilik İŞİD tərəfindən idarə olunan sünni İslamdır.” ANS PRESS-in məlumatına görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib. İsrailin xüsusixidmət orqanı “Mossad”ın quruluşunun 65-ci ili münasibəti ilə keçirilən tədbirdə çıxış edən Netanyahu qurumun əvəzsizxidmətlərindən danışıb. “Mossadın bizim üçün əvəzolunmaz böyük əhəmiyyəti var. Onun, İsrailin regional və qlobal güc yaratması yönündəki qabiliyyətində mərkəzi yeri var. Nəticədə “Mossad” İsrailin varlığının təminatıdır.

Yaxın Şərqdəki əsas problemlərin həllinin mümkün olmadığını deyən İsrailb baş naziri əsas iki düşmənləri olduğunu bildirib. “Bu gün bizim əsas iki düşmənimiz var; biri İranvə vəkilləri tərəfindən idarə olunan şiə İslamı, digəri isə indilik İŞİD tərəfindən idarə olunan sünni İslamdır. Bu ikisi bir-biri ilə döyüşür. Amma əsas olan bir şey var ki, İslam dünyasında bizim yerimiz yoxdur. Bunu belə görürlər.

Dünyada baş verən siyasi proseslərdən də danışan Netanyahu İsrailin bu proseslərə inteqrasiyası üçün sadəcə regional güc olmasının kifayət etməyəcəyini, bəzi sahələrdə qlobal güc olmağa məcbur olduğunu vurğulayıb: “Artıq dünyada böyük yeniliklər olur. Bunlardan ən əhəmiyyətlisi kiber texnologiyadır. Artıq İsraili də kiber güc hesab etmək olar.” 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın