Menu
Geri İrəli

Suriyada atəşkəs qüvvəyə mindi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2016 • Baxış sayı: 310 dəfə • Şərh yoxdur

Suriyada silahlı qüvvələr arasında atəşkəsi nəzərdə tutan qətnamə Birləşmiş Millər Təşkilatı Təhlükəsizlik Şurasının (BMTTŞ) iclasında səs çoxluğu ilə qəbul edilib. ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiyanın təşəbbüsü ilə əldə olunan atəşkəs razılaşması bu gecədən qüvvəyə minib.

Sənəddə bildirilir ki, Beynəlxalq Suriyaya dəstək qrupunun insidentin dayandırılması üçün razılığa gəldiyi, Suriya rejimi və müttəfiqləri ilə Suriya silahlı müxaliflərinin atəşkəs qərarına riayət edəcəkləri barədə ABŞ və Rusiyaya məlumat verilib.

Stefan de Mistura BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi

Stefan de Mistura BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi

Obama Rusiyaya xəbərdarlıq etdi

Qərara görə Suriyada atəşkəsə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi həyata keçiriləcək.

2254 saylı qətnamədə, Suriyada humanitar yardım karvanlarının təcili olaraq ehtiyac içində olan xalqa çatdırılması, ölkədə siyasi keçid prosesinin başladılması və Suriyanın müqəddəratına xalqın qərar verməsi tələb olunur.

BMT-nin baş katibi Pan Ki Mundan 15 gün ərzində bu qətnamənin həyata keçiriləcəyinə dair Təhlükəsizlik Şurasına hesabat verməsi tələb olunub.

Artıq 2011-ci ildən bəri Suriyada davam edən vətəndaş müharibəsində atəşkəs qərarı qüvvəyə mindi. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura atəşkəsə və humanitar yardımların çatdrılması qərarına sadiq qalınacağı təqdirdə Suriya müzakirələrinin martın 7-də davam edəcəyini bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın