Menu
Geri İrəli

Suriyada hökumət qüvvələrinin hücumu nəticəsində 34 nəfər həlak olub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2015 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

Avqustun 22-də Suriya hökumət qüvvələrinin Dəməşq yaxınlığında yerləşən Duma şəhərində üsyançıların mövqelərinə endirdiyi aviazərbələr nəticəsində azı 34 nəfər ölüb.

14403315794055815484_1000x669Sumqayitxeber.com  xəbər verir ki, AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə şənbə günü Dəməşqin şimal şərqində hökumət qüvvələrinin nəzarəti altında olan əraziyə endirilən raket zərbələri nəticəsində doqquz nəfər dünyasını dəyişmişdi. Buna cavab olaraq Suriya ordusu aviasiyadan və toplardan istifadə etməklə üsyançıların nəzarətində olan Duma şəhərini atəşə məruz qoyub və nəticədə 12-si uşaq və 8-i qadın olmaqla ümumilikdə 34 nəfər həlak olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın