Menu
Geri İrəli

Tanınmış müğənni Əsgər Fonduna 200 min pul keçirdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

Türkiyənin tanınmış sənətçiləri ölkədə PKK terrorunun güclənməsindın sonra əsgərlərə maddi yardım kampaniyasında fəallıq göstərirlər.

Gün.Az “Vatan” qəzetinə istinadən xəbər verir ki, populyar müğənnilər silahlı qüvvələrə yardımın toplandığı Əsgər Fonduna iri məbləğdə pul keçiriblər.
Yardım kampaniyasında fəal olan sənətçi Demet Akalın bununla bağlı aşağıdakıları deyib:
“Hər kəs ondan asılı olanı edəcək və etməlidir. Bu qədər ələm və kədəri yaşamaq olmaz.
Mən hərbçi övladıyam, atam avtomobil qəzasında həlak olub. Mən dövlətin kəsdiyi təqaüdlə böyüdüldüm. İndi bizə əmanət qalan şəhid övladlarını düşünürəm.
Sənətçi dostlarıma səslənirəm ki, bir konsertdən alacaqları gəliri Əsgər Fonduna keçirsinlər. Mən əlli min lirə keçirdim”.
D.Akalın daha sonra əlavə edib ki, Türkiyənin başqa bir populyar sənətçisi Seda Sayan Əsgər Fonduna 200 min lirə, Polis Fonduna isə 80 min lirə keçirib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın