Menu
Geri İrəli

Terror planını quran şəxs – “Təkqol” Əhməd

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2016 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

saldiriyi-tek-kol-lakapli-cecen-terorist-planladi-7277883

İstanbulun Atatürk hava limanındakı terror aktını planlaşdıran şəxsin kimliyi müəyyən edilib.

Məlumata görə, terroçulardan biri “Təkqol” ləqəbli çeçen Əhməd Çatayevdir. O, İŞİD terror təşkilatının İstanbul qolunun başçısıdır. Hava limanında törədilən terror aktını onun planlaşdırıldığı iddia edilir.

Qeyd edilir ki, Çatayev həm də Sultanəhməd və Taksimdəki terror aktlarının təşkilatçısı kimi axtarışdadır. Hazırda polislər onun saxlanılması əməliyyatlar həyata keçirilir. İstanbulun Anadolu və Avropa hissələrində 16 ünvanda keçirilən əməliyyatlarda 13 nəfər şübhəli şəxs saxlanılsa da, Çatayevi ələ keçirmək mümkün olmayıb.

Qeyd edək ki, Çeçenistan əsilli Çatayev “Qafqaz Əmirliyi” qruplaşmasında fəaliyyət göstərib, daha sonra İŞİD-ə qoşulub. 2000-ci illərdə Rusiyada həbsxanada olarkən bir qolu amputasiya edilən Çatayev 2003-cü ildə həbsxanadan qaçıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın