Menu
Geri İrəli

Trampla Putin əlbir olub, Avropa Birliyini dağıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2017 • Baxış sayı: 361 dəfə • Şərh yoxdur
img2319512ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putini birləşdirən ümumi cəhətlər çoxdur və bu cəhətlərin hamısı Avropa Birliyinin dəyərlərinə və birliyinə zərərdir. Avropa liderləri isə buna qarşı durmağa, birliyi canlandırmağa və qaldırmağa hazır deyillər. «Carnegie Europe» saytı belə yazır.
Məqalədə deyilir ki, ABŞ və Rusiya prezidentləri həm AB-yə, həm NATO-ya, həm də Almaniya kansleri Angela Merkelə və ümumiyyətlə, açıq cəmiyyətlərə qarşıdırlar və bunun üçün onların hərəsinin öz səbəbi var. Pis olan odur ki, bəzi avropalı siyasətçilər bu liderlərlə razılaşır. Macarıstan, Polşa, Slovakiya, Niderland, Fransa, hətta Böyük Britaniyadakı mühafizəkarlar və millətçi liderlər sərhədlərin bağlanmasının, özəlliklə, qorunmağa ehtiyacı olanların üzünə bağlanmasının, açıq cəmiyyətə zidd mühafizəkarlığın tərəfində dururlar.
Bəziləri hətta D.Trampdan uzağa getməyərək, Avropa Birliyinin gələcəyinə inanmır, qurumun dövrünü başa vurduğunu deyirlər. D.Tramp hesab edir ki, AB ona üzv olan ölkələrin öz sərvətlərini idarə etməsinə imkan vermir. Britaniya qurumdan çıxdığını elan edəndə, D.Trampın ətrafındakılar AB-dən çıxacaq növbəti ölkə haqda fikirlər yürüdürdülər.
V.Putinə görə isə, AB-nin iqtisadi sərvətindən başqa, istifadə olunmamış potensialı var. Məsələn, yeri gələndə AB-nin sərgilədiyi birlik çoxlarını təəccübləndirir. Müəllif AB ölkələrinin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra birləşərək Moskvaya sanksiyalar qoymasını xatırladır.
«Bununla belə, indi Avropadakı, özəlliklə də Brüsseldəki siyasətçilərin başı Fransa, Almaniya, Niderlandda keçiriləcək seçkilərə və institusional təsir dairələri uğrunda müharibələrə qarışıb, blokun təhlükəsizliyi, müdafiəsi və dəyərlərinin qeydinə qalmırlar», – deyə müəllif təəssüflə qeyd edir.
Sayt yazır ki, AB-ni, eləcə də NATO-nu parçalamaq V.Putin-in çoxdankı arzusudur. Və indi onun arzusunu gerçəkləşdirməsinə ABŞ prezidenti D.Tramp yardım edir – AB-yə istehzayla yanaşır, NATO-nu isə «köhnəlmiş qurum» adlandırır. «NATO-nun Polşa və digər Şərqi Avropa ölkələrinin müdafiəsinə xüsusi əhəmiyyət verdiyini, həmin ölkələrə silahlı qüvvə yeritdiyini nəzərə alsaq, Putin Vaşinqtonda D.Trampdan yaxşı müttəfiq arzulamazdı», –«Carnegie Europe» saytı belə yazır.
Müəllif hazırda həm D.Tramp, həm də V.Putinin Almaniya kansleri Angela Merkeli hədəfə aldığını qeyd edir. D.Tramp A.Merkelin miqrant siyasətini kəskin tənqid edib, kanslerin, qaçqınları Avropaya buraxmaqla çox böyük səhvə yol verdiyini, AB-ni öz əməllərini gerçəkləşdirməkdən ötrü vasitəyə çevirdiyini söyləyib.
V.Putinə görə, A.Merkel Avropanın Rusiyaya sanksiyalarının ləğvinə ən böyük əngəldir. Bəzi Avropa liderləri, məsələn, Macarıstanın baş naziri Viktor Orbánın başçılıq etdiyi qrup Rusiyaya sanksiyaların əleyhinə olsa da, A.Merkel sanksiya tərəfdarlarını birləşdirməyə nail olub.
Məqalədə D.Trampın miqrantlara qadağasının da Avropada eyni qarşılanmadığını qeyd edir. Berlin, London, Paris və Brüsseldə sərəncamı tənqid etsələr də, Macarıstan liderləri D.Tramp kimi davranır, qaçqınların ölkəyə girişini önləməkdən ötrü divar çəkməyə hazırlaşırlar. Polşa, Slovakiya, Çexiya isə Suriya və İraqdan gələnləri heç vaxt, müvəqqəti də olsa, qəbul etmir. Sayt yazır ki, belə ölkələrin liderləri D.Trampı özlərinə müttəfiq hesab edərək, onunla sövdələşmələrə də gedə bilərlər.
Amma AB institutlarının bu gedişatın qarşısını almaqdan, Trampizm və Putinizmlə mübarizədə yararlanacağı gündəliyi yoxdur. Sonucda «D.Trump və V.Putin-in Avropadakı tərəfdarlarından ötrü bu boşluq əllərinə asanlıqla düşmüş yağlı tikə kimi bir şeydir». (“Azadlıq” radiosu)
Facebook Şərhləndirmə:

Şərhinizi yazın