Menu
Geri İrəli

Turistlərin ən çox pul xərclədiyi 10 şəhərin adı AÇIQLANDI

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 78 dəfə • Şərh yoxdur
Share Button

dubay1506703578Dünyada turistlərin ən çox pul xərclədiyi 10 şəhərin adı açıqlanıb. Modern.az”Report”a istinadən xəbər verir ki, turistlərin 2016-cı ilin yekununa görə ən çox pul xərclədikləri şəhərlər arasında Dubay lider olub.

Məlumata görə, “Mastercard”ın 132 şəhər arasında apardığı təhlillər əsasında belə bir nəticə əldə edilib. 2016-cı ildə turistlər Dubayda 28,5 mlrd. ABŞ dolları xərcləyiblər və illik artım 10% təşkil edib.

İkinci sıranı 17 mlrd. dollarla Nyu-York tutub. İllik artım burada 1,5% təşkil edib. Üçüncü sırada illik 4,6% azalma ilə London yerləşib. Bu şəhərdə turistlər 16,09 mlrd dollar xərcləyiblər.

Dördüncü sıranı 15,69 mlrd. dollarla (+0,3%) Sinqapur, ardınca 14,08 mlrd. dollarla (+10,9%) Banqkok, 12,03 mlrd. dollarla (+4,9%) Paris, 11,28 mlrd. dollarla (+3,7%) Tokio, 9,91 mlrd. dollarla (+6,9%) Taipey, 9,38 mlrd. dollarla (+1,8%) Seul və 8,9 mlrd. dollarla (+6,9%) Barselona tutub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın