Menu
Geri İrəli

Türkiyə hökumətindən sensasion bəyanat: “ABŞ Zərrabı əleyhimizə danışmağa məcbur edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur
Share Button

61f2d085518aa6b1111450de5edda584Türkiyə hökuməti azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin hüquqi deyil, siyasi məsələ olduğunu bəyan edib. Lent.az sözcü-yə istinadən xəbər verir ki, hökumət sözcüsü Bəkir Bozdağ bəyan edib ki, ABŞ həbsdə saxladığı iş adamını Türkiyəyə qarşı ifadələr verməyə məcbur edir: “Daha əvvəl də demişdik, Rza Zərrab məsələsi Türkiyəyə qarşı bir tələdir. Bu işin hüquqi təməli demək olar ki, yoxdur və siyasidir. 17-25 dekabrda FETÖ-nün edə bilmədiyi hüquq çevrilişinin ABŞ-ın əli ilə təkrarlanmasıdır. Zəhərli ağacın meyvəsi də zəhərli olar. Mövcud olmayan faktlar və sənədlər əsasında guya istintaq aparırlar. Türkiyə bir hüquq dövlətidir və bütün ticarət məsələləri qanun çərçivəsində həyata keçirilir. Hər hansı bir hüquqa zidd sövdələşmənin olması mümkün deyil. Bəzi qüvvələri bu yollarla Türkiyənin iqtisadi əlaqələrinə zərbə vurmaq istəməsi də açıq aydın görünür”.

Rəsmi Ankara adından çıxış edən Bəkir Bozdağ əlavə edib ki, ABŞ təqsirləndirilən şəxslər üzərində təzyiq yaradır: “Onlar indi girov kimi saxlanılır və bildirilir ki, bu ifadələri versəniz, cəzanız nə qədər azalacaq. Onları Türkiyə əleyhinə ifadələr verməyə məcbur edirlər. Bir daha bəyan edirəm ki, Türkiyəyə qarşı qurulmuş bu tələnin heç bir hüquqi əsası yoxdur”.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanskiyaları pozmaqda təqsirləndirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın