Menu
Geri İrəli

Türkiyə konstitusiyasının hansı maddələri dəyişdi? – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2017 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

evet3Türkiyədə bu gün konstitusiya referendumu baş tutdu. Ölkəni prezident respublikasına çevirən yeni referendum prezident tərəfdarlarının cüzi üstünlüyü ilə təsdiqini tapıb.

Teleqraf.com Türkiyə konstitusiyasına edilən dəyişiklilərin siyahısını maddələr üzrə təqdim edir.

Maddə 9 – Məhkəmə sisteminin neytrallığı və tərəfsizliyin təmin olunması

Maddə 75 – Parlamentdə deputatların sayının 550-dən 600 nəfər qaldırılması

Maddə 76 – Parlament seçkilərində iştirak etmək üçün yaş senzi 25-dən 18-ə endirilib, həqiqi hərbi xidmətdə olmaq tələbi ləğv olunub. Silahlı Qüvvələrə aidiyyatı olan şəxslərin seçkilərdə namizəd olmamaları qadağan olunub.

Maddə 77 – Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Parlament və prezident seçkiləri hər 5 ildən bir eyni gündə baş tutmalıdır.

Maddə 87 – Parlamentin nazirləri sorğu-sual etmələri, hökuməti cavabdehliyə çağırması ləğv olunur. Prezident vetosunu qüvvədən salmaq üçün parlament qanunu təkrarən mütləq çoxluqla (301) keçməlidir.

Maddə 98 – Nazirlərin parlamentin suallarına şifahi cavab verməsi qaydası ləğv olunur

Maddə 101 – Prezidentliyə namizəd olmaq üçün hər bir şəxs azı 5% səs toplamış partiyanın dəstəyini qazanmalıdır. Prezident daha siyasi partiyada üzvlüyünü dayandırmalı deyil.

Maddə 104 – Prezident dövlət və hökumət başçısı olaraq nazirləri və vitse-prezidentləri təyin etmkə yaxud vəzifədən azad etmək səlahiyyətinə malikdir. Prezident referendum təşkil etmək hüququna malikdir.

Maddə 105 – Parlament prezidentin cinayət əməli haqda yalnız o zaman araşdırmaya başlaya bilər ki, buna deputatların beşdə üçü səs versin.

Maddə 106 – Prezident bir və ya bir neçə vitse-prezident təyin edə bilər. Əgər prezident postu vakantdırsa, onda seçkilər 45 gün ərzində keçirilir. Əgər parlanent seçkilərinin vaxtı növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixdən 1 ildən az vaxt ayırırsa, onda parlament seçkiləri də prezident seçkiləri ilə eyni gündə keçirilir. Lakin əgər parlanetin müddəti növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixdən 1 ildən çox sonra keçiriləcəksə, onda prezident parlamnentlə onların səlahiyyət müddəti başa çatana qədər işləyir və sonra yeni seçkilər keçirilir. Bu müddət prezidentə verilən 2 seçki müddətinin biri sayılmır.

Maddə 116 – Prezident və parlamentin beşdə üç hissəsi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verə bilər. Bu zaman həm parlament, həm də prezident seçkiləri baş tutur.

Maddə 119 – Fövqəladə vəziyyət elan etmək səlahiyyəti prezidentə məxsusdur lakin parlamentin razılığını tələb edir.

Maddə 142 – Hərbi məhkəmələr ləğv edilir.

Maddə 159 – Hakim və prokuror ittifaqının islahatı aparılır. Onun üzvlərinin sayı 22-dən 13-ə endirilir. Onların 4-ü prezident, 7-si parlament tərəfindən təyin olunur. Namizədlər təsdiqlənmək üçün birinci turda deputatların üçdə ikisinin (400), ikinci turda isə beşdə üçünün (360) dəstəyini almaq lazımdır. Şuranın digər iki üzvü – ədliyyə naziri və onun müavinidir. Hakim və prokuror ittifaqının rəhbəri ədliyyə naziridir.

Maddə 161 – Prezident fiksal ilin başlanmasına 75 gündən az vaxt qalmamış parlamentə büdcə layihəsini təqdim edir. Əgər büdcə qəbul olunmazsa, müvəqqəti büdcə fəaliyyət başlayır. Müvəqqəti büdcə də ləğv olunarsa, ötən ilki büdcə qüvvəyə minir.

Bir neçə maddə – Konstitusiyanın bəzi maddələrinin yeni islahatlara uyğunlaşdırılması, icraedici hakimiyyətin hökumətdən prezidentə ötürülməsi

Müvəqqəti 21-ci maddə – Növbəti parlament və prezident seçkiləri 2019-cu il noybarın 3-də keçiriləcək. Əgər parlament vaxtından əvvəl seçkilər keçirərsə, onda prezident seçkiləri də vaxtından əvvəl baş tutmalıdır. Hakim və prokuror ittifaqının üzvlərinin təsdiqi bu qanunun təsdiqindən 30 gün sonra təyin olunmalıdır. Qanun qüvvəyə mindiyi andan hərbi məhkəmələr öz gücünü itirir.

modern.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın