Menu
Geri İrəli

Türkiyə ordusunda tarixi islahat – Baş Qərargah ləğv edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyul 2016 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

453407Türkiyədə bu gün keçirilməsi gözlənilən Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin növbədənkənar toplantısında mühüm qərarların veriləcəyi gözlənilir.

axar.az bildirir ki, Nazirlər Kabinetinin toplantısında hökumətin səlahiyyətlərini artıran qərarlarla yanaşı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Nazirliyinə (MN) birləşdirilməsi müzakirə olunacaq.

“Cümhuriyyət” qəzetinin məlumatına görə, hökumət gözlənilməz addım ataraq hərbçilərin səlahiyyətini minimuma endirəcək radikal qərarlar verəcək.

AKP rəsmilərinin qəzetə verdiyi məlumata görə, artıq bu məsələdə CHP və MHP-nin də razılığı alınıb.

Çünki Baş Qərargahın MN-ə birləşdirilməsi üçün konstitusiya dəyişikliyi lazımdır. Bunun üçün də müxalifətin dəstəyinə ehtiyac var.

Baş Qərargahın MN-ə birləşdirilməsi ilə hazırkı komandanların da taleyi həll olunacaq. 15 iyul hərbi çevrilişə cəhd zamanı girov götürülən Baş Qərargah rəisi və digər komandanların asanlıqla vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım bu gün ölkə tarixində önəmli qərarların veriləcəyini deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın